“Dostlarımın (qardaşlarımın) ən yaxşısı eybimi mənə hədiyyə edən kəsdir.” İmam Sadiq (ə)

20 1 2017 / 21 Rəbiüs-sani 1438

BİZİMLƏ ƏLAQƏ:

info@hedef14.org

+994775670712

HAVA 2°C

Dünya
ABŞ kəşfiyyatı: Rusiya seçkilərdə Klintona mane olmağa çalışıb

07.01.2017 | 10:32

Oxunub: 30

Rəsmi Moskva ABŞ-da keçirilmiş seçkilərdə Demokrat partiyasının namizədi Hillari Klintona mane olmağa çalışıb.

 Bu barədə Mərkəzi Kəşfiyyat İdarəsi, Federal Təhqiqatlar Bürosu və ABŞ Milli Təhlükəsizlik Agentliyinin məruzəsində bildirilir.

“Rusiyanın məqsədi ABŞ cəmiyyətinin demokratik prosesə inamını sarsıtmaq və Hillari Klintona prezident seçilməsinə mane olmaqdan ibarət olub”, məruzədə qeyd edilib 

Məruzədə həmçinin bildirilir ki, ABŞ kompüter sistemlərinə kiberhücumda əli olan Guccifer 2.0 adlı haker və DCLeaks.com saytının arxasında Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Baş Kəşfiyyat İdarəsi durur.

Ötən ilin oktyabrından etibarən ABŞ kəşfiyyatının rəsmiləri ölkədəki seçki sisteminin rusiyalı hakerlər tərəfindən hücuma məruz qaldığını bildirib. Vurğulanıb ki, hücumlar Trampın seçkilərdə qələbə qazanması məqsədilə təşkil edilib. Rəsmi Moskva səsləndirilən ittihamları rədd edir. (apa)

Şərhlər

Şərh yaz

Digər xəbərlər