“Dostlarımın (qardaşlarımın) ən yaxşısı eybimi mənə hədiyyə edən kəsdir.” İmam Sadiq (ə)

20 1 2017 / 21 Rəbiüs-sani 1438

BİZİMLƏ ƏLAQƏ:

info@hedef14.org

+994775670712

HAVA 2°C

Münasibət
Akif İslamzadə: “Azərbaycanda bu sahələrdə vəziyyət bərbaddır"

17.12.2016 | 17:14

Oxunub: 840

“Azərbaycanda iki sahədə vəziyyət o həddə çatdırılıb ki, orada mütləq elm almaq, peşəkarlaşmaq vacibdir. Bu sahələrdən biri musiqi, o biri də jurnalistikadır.  Hər ikisində vəziyyət bərbad haldadır. Xətrinizə dəyməsin, özünüz də jurnalistikaya mühitinə baxın, görün, necə suallar verilir, nə cür verilir!” 
 
Busözləri Xalq artisti, klassik Azərbaycan esterada musiqisinin ən güclü nümayəndələrindən olan Akif İslamzadə bildirib. O, musiqi sahəsindəki qeyri-peşəkarlıqla bağlı danışarkən,  mediadakı bəzi mənfi məqamları da qeyd edib. Yaşadığı iki hadisəni fakt olaraq səsləndirir:
 
“Xüsusən də,xanımlar, gənc jurnalist qızlar elə suallar verirlər ki! Ona deyirsən,  həmin bu sualı dayına, atana verərsən? Cavab verə bilmir, gözünü döyə-döyə baxır. Bu Qərbin, Avropanın yaxşı cəhətlərini götürmək əvəzinə pislərini mənimsəyirik. 
 
Burada tək özümdən danışmıram. Müşahidə etdiklərimi də deyirəm. Televiziyada veriliş aparanları da görürəm. Çoxdan baş verən əhvalatdı. Xətrini çox istədiyim sənət adamı ilə oturmuşduq. Cavan jurnalist xanım gəldi, ona elə suallar verdi ki, mən məcbur olub otaqdan çıxdım. Dedim ki, sən dayına, əminə o sualları verərsən? Gözlərimin içinə baxa-baxa qaldı.
 
Anam Sara xanımın 90 illik yubileyində mərasim başlanan vaxtı jurnalist qız məni məcbur etdi ki, bayıra çıxıb intervyu verim. Bərkdən danışır ki, çıxaq, mənə müsahibə ver. Dedim, axı, mərasim başlayır, cammatdan ayıbdı. Məcbur edib məni bayıra çıxartdı. Bax, belədir vəziyyət. Özü də fikir verin, çox yerlərdə-televiziyalarda gənc qızları verirlər qabağa. Bu nə deməkdi?!”

Xalq artisti söhbət əsnasında musiqi sahəsindəki çatışmazlığı da qeyd edib:
 
“Musiqi sahəsində istedadlıları çox olsa da, elmi olanlar azdı. Burada elm deyəndə, fundamental elmi nəzərdə tutmuram. Ümumi dünyagörüş, əhatəlilik və peşəkarlığı deyirəm. İstedad da, səs də ola bilər, amma musiqinin alt qatı var. Səs öz-özlüyündə fəlsəfədir, qədim elmdir. Dünya yarananda səsnən yaranıb və inşallah, səslə də bitəcək- İsrafil suru ilə sona çatacaq. Musiqi qədim elmdir, amma ona da bu cür yanaşırlar. “Qızımızın boğazı yaxşıdır, haradasa ad günlərində oxuyub, verək qabağa, görək “papanı-mamanı” necə saxlayar” kimi düşüncələr var. Amma sonradan vaxt gəlir ki, o, oxuduğu musiqinin elmini, istedadını göstərməlidir, bu da təbii ki, yoxdu və o zaman həmin qız heç kəsə lazım olmayacaq. 
Şeytan bəşəriyyəti hər zaman üç ünsürlə aldadıb: şəhvət, sərvət və şöhrət. Üçü də burada var. Hərdən yaxınlar mənə müraciət edirlər ki, uşaqların yaxşı səsi var, filan. Amma mən elə bayaq dediyim səbəblərə görə həmən onların başqa bacarıqlarını, başqa tərəflərini qabardıram”. (Moderator)
 

Şərhlər

Şərh yaz

Digər xəbərlər