“Cənnətdəki "Sevinc sarayı"na, ancaq uşaqları sevindirənlər girəcək.” Muhəmməd peyğəmbər (s)

29 3 2017 / 30 Cəmadius-sani 1438

BİZİMLƏ ƏLAQƏ:

info@hedef14.org

+994775670712

HAVA 9°C

Hərbi
AMN: Atəşkəs 44 dəfə pozulub

06.01.2017 | 10:09

Oxunub: 39

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 44 dəfə pozub.

 

 Ermənistan Respublikası Berd rayonunun Mosesqex, Ayqepar, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Əlibəyli, Ağbulaq və Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub.


İşğal altında olan Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Cəvahirli, Qaraqaşlı, Sarıcalı, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Şərh yaz

Digər xəbərlər