“Cənnətdəki "Sevinc sarayı"na, ancaq uşaqları sevindirənlər girəcək.” Muhəmməd peyğəmbər (s)

29 3 2017 / 30 Cəmadius-sani 1438

BİZİMLƏ ƏLAQƏ:

info@hedef14.org

+994775670712

HAVA 9°C

Ölkə
AŞPA Monitorinq Komitəsinin məruzəçiləri Azərbaycana gələcək

06.01.2017 | 17:00

Oxunub: 89

Deputatlar Stefan Şennak (Avstriya) və Sezar Florin Preda (Rumıniya) yanvarın 12-dən 14-ə kimi Azərbaycanda olacaqlar.

Səfərdə məqsəd ölkənin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin qiymətləndirilməsidir.

Bu barədə AŞPA-nin mətbuat xidməti məlumat yayıb.

Məruzəçilərin səfəri “Avropa Sabitlik Təşəbbüsü (ESI)” beynəlxalq QHT-nin “Kürü diplomatiyası-2 ” sənədinin açıqlanması fonunda həyata keçirilir. SənəddəAzərbaycan nümayəndə heyətininüzvlərinin AŞPA-nın bəziüzvlərini ələ alınmasına dair fikirlər yer alıb. Söhbət həmin şəxslərin bir neçə il əvvəl Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamənin qəbul edilməməsinə dəstək vermələrindən gedir.

Rəsmi Bakı həmin ittihamları şərh etməyib. Ancaq ayrı-ayrı deputatlar bunu yalanlayıb. (Azadlıq)

Şərh yaz

Digər xəbərlər