“Dostlarımın (qardaşlarımın) ən yaxşısı eybimi mənə hədiyyə edən kəsdir.” İmam Sadiq (ə)

20 1 2017 / 21 Rəbiüs-sani 1438

BİZİMLƏ ƏLAQƏ:

info@hedef14.org

+994775670712

HAVA 2°C

Ölkə
Azərbaycanda bayram konsertlərinin ləğv edilmə səbəbi məlum oldu

29.12.2016 | 11:17

Oxunub: 34559

Dünyanı cənginə alan teraktlar ölkəmizi də təhdid edir; Azərbaycan hüquq-mühafizə orqanları bir saylı hazırlıq vəziyyətinə gətirilib

Paytaxtda və ətraf bölgələrdə dekabrın 31-də nəzərdə tutulmuş bayram konsertləri ləğv olunub. Bu qərar dekabrın 27-də Səngəçal qəsəbəsində qaz kəmərində güclü partlayışdan sonra verilib. Ona görə də diqqətdən kənar qalmayıb. Bakıda illərdir ki, dekabrın 31-də Yeni il bayramı ilə əlaqədar Dənizkənarı Milli Parkda ənənəvi konsert proqramı keçirilir.

Hətta ötən il Xəzərdə neftçilərin faciəli ölümündən sonra da konsert proqramı təxirə salınmadı. İctimaiyyətdən faciə ilə əlaqədar gələn sərt təpkilər də qulaqardına vuruldu. Bəs bu il nə baş verdi ki, ənənəvi konsert proqramı təxirə salınıb? 

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov aznews.az-a açıqlamasında bu suallara aydınlıq gətirməkdən yayınıb. Bildirib ki, bu günə kimi parkda keçirilən konsert layihələrinə Bakı Şəhər İcra Hakimiyyəti cavadehlik daşıyıb: “Konsertin keçirilməməsinin səbəbini də onlar bilir”.

BŞİH-dən konsertin təxirə salınması ilə bağlı hər hansı bir açıqlama verilməyib. Ümumilikdə isə bulvarda kütləvi tədbirlərin təxirə salınması başadüşüləndir. Dünyada qlobal xarakter almış terrorçuluğun və ekstremizmin doğurduğu problemlər bizim regionumuzda da tüğyan edir. Türkiyədə tez-tez partlayış olur, Yaxın Şərqdə terrorlar, güllə səsləri səngimir. Azərbaycanın adı tez-tez müxtəlif dövlətlərin xarici işlər nazirliklərinin öz vətəndaşlarına müraciətlərində terror təhdidi və riski yüksək olan ölkələr sırasında çəkilir. 

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) son 2 ayda Azərbaycanda 3 İŞİD-çini məhv edib, bir neçəsini həbs edib. Səngəçalda magistral qaz borularında partlayış baş verən ərazinin yaxınlığında bir müddət əvvəl DTX əməkdaşları tərəfindən 2 İŞİD üzvü öldürülmüşdü. Qeyd edək ki, DTX-nin 2 ay əvvəl keçirdiyi əməliyyatla bağlı yaydığı məlumatda zərərsizləşdirilən şəxslərin Azərbaycanda terror əməlləri planlaşdırdıqları xüsusi vurğulanırdı.

Bir müddət əvvəl isə DTX rəisi, general-leytenant Mədət Quliyev mətbuata açıqlamasında Azərbaycanı terror təhdidlərindən qorumaq üçün bütün preventiv addımların atıldığını deyib.

Görünür, Azərbaycan hüquq-mühafizə və xüsusi xidmət orqanlarında elə informasiyalar var ki, kütləvi tədbirlərin təxirə salınması vacib bilinib. İndiyədək ölkəmizin xüsusi xidmət orqanları paytaxt Bakıda və bölgələrdə bir neçə antiterror əməliyyatları həyata keçirib. Lakin dünyada və bölgəmizdə terrorçuluğun artan xətlə inkişafı bu arxayınçılığı istisna edir. 

Musavat.com

Şərhlər

  • LDjk3tOSV3Mf

    09.01.2017 09:03

    It&#039;s <a href="http://tmcsyuarey.com">imveartipe</a> that more people make this exact point.

  • utKX6LnTDf

    08.01.2017 14:24

    Your answer shows real inngllieetce.

  • Əvəz Əsgərov

    31.12.2016 15:38

    Allah onların köməyi olsun. Necə məsləhətdir, elə də olsun. Xüsusi xidmət orqanları hadisənin önündə getməli, qabaqlayıcı tədbirlər görməklə baş verə biləcək terrorun qarşısını almalıdırlar. 1994-cü ilədək, Bakı sərnişin stansiyasında 191 saylı qatarda, Ağdam - Şuşa avtobusunda, 20 Yanvar, Gənclik stansiyalarında və başqa terror hadisələrindən sonra MTN və indi də DTX çox hadisələrin qarşısını aldılar. Sağ olsunlar. İşlərində uğurlar. Onların hamısının bayramı mübarək olsun.

Şərh yaz

Digər xəbərlər