"Zarafatda həddi aşanlar məlundurlar" İmam Əli (ə)

23 4 2017 / 25 Rəcəb 1438

BİZİMLƏ ƏLAQƏ:

info@hedef14.org

+994775670712

HAVA 12°C

İdman
Boks üzrə digər milli komandalarımızın baş məşqçilərinin adları açıqlanıb

11.01.2017 | 10:23

Oxunub: 50

Azərbaycanın boks üzrə digər milli komandalarımızın baş məşqçilərinin adına aydınlıq gəlib. Boks Federasiyasının məlumatına görə, əsas yığmamızın ardınca aşağı yaş qrupları üzrə komandalarımızın da baş məşqçiləri müəyyənləşib.

Belə ki, Nəriman Abdullayev millidəki fəaliyyətini davam etdirəcək. Təcrübəli mütəxəssis komandada yenə böyük məşqçi funksiyasını yerinə yetirəcək.

Gənclərdən ibarət yığmamız Vaqif Şirinova həvalə edilib. Yeniyetmə boksçularımızı isə yenə Vaqif Kazımov hazırlayacaq.

Kişilərdən ibarət komandamızda olduğu kimi qadınlardan ibarət millimizdə də dəyişiklik rəsmiləşib. Yığmamız son Avropa çempionatında olduğu kimi Elbrus Rzayevin rəhbərliyi altında hazırlıq keçəcək.

 

Qeyd edək ki, kişilərdən ibarət əsas yığmamız Leonid Layinskiyə tapşırılıb. (apasport.az)

Şərh yaz

Digər xəbərlər