“Cənnətdəki "Sevinc sarayı"na, ancaq uşaqları sevindirənlər girəcək.” Muhəmməd peyğəmbər (s)

30 3 2017 / 30 Cəmadius-sani 1438

BİZİMLƏ ƏLAQƏ:

info@hedef14.org

+994775670712

HAVA 10°C

Mədəniyyət
Bu gün Azərbaycanın xalq artisti İlham Namiq Kamalın doğum günüdür

09.01.2017 | 14:16

Oxunub: 67

Bu gün Azərbaycanın xalq artisti İlham Namiq Kamalın doğum günüdür.

Altmış yeddi yaşı tamam olan aktyor açıqlamasında doğum günü üçün xüsusi planının olmadığını bildirib: "Sağ olsunlar, təbrik edənlər çoxdur. Ancaq mən hələlik imtahanda, işimin başındayam. Demək olar günüm iş başında keçəcək. Yəqin daha sonra ailəmlə birlikdə qeyd edəcəyəm".

Qeyd edək ki, İlham Namiq Kamal 1949-cü ildə Bakıda anadan olub. Əslən Şamaxı şəhərindəndir. Bakıda 31 saylı orta məktəbi 1966-cı ildə bitirərək Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. O, 1971-ci il noyabrın 25-dən 1972-ci il fevral ayının 2-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor truppasında olub. 1989-1991-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyorluq edib. 1993-cü il iyun ayının 14-də bu truppadan çıxıb və özünün "İlham" Miniatür Teatrını yaradıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Estrada sənəti" kafedrasının müdiridir. 2013-cü ildə "Şöhrət" ordeni ilə təltif edilib.  (Report)

Şərh yaz

Digər xəbərlər