"İman cəhətdən möminlərin ən kamili əxlaqda ən üstün olan və ailəsinə xoş davranandır" Həzrəti Muhəmməd (s)

19 2 2017 / 21 Cəmadiul-əvvəl 1438

BİZİMLƏ ƏLAQƏ:

info@hedef14.org

+994775670712

HAVA 7°C

İslam
Bu gün həzrəti Məsumənin şəhadət günüdür

09.01.2017 | 10:32

Oxunub: 156

Bu gün İmam Kazımın əziz qızı Fatimənin (Məsumə) şəhadət günüdür.

 8-ci imam Rzanın və Bakıda yerləşən Bibi-Heybət adı ilə məhşur olan Fatimənin (Həkimənin) bacısıdır. Xanımın mübarək məzarı İranın Qum şəhərində yerləşir. Hər gün minlərlə  Əhlibeyt tərəfdarları həmin məzarı ziyarət etməkdədir. 

Xanım Məsumənin şənində İmam Rza (ə) buyurmuşdur. Hər kəs Qumda Hz. Məsuməni ziyarət eləsə, Məni (İmam Rzanı) ziyarət etmiş kimidir.(Mənbə; Kamuluz -ziyarət səh.536)

Hz Məsumə haqqında qısa məlumat...

Həzrət Məsumə (s)  hicri qəməri tarixi ilə, 173-cü il (795-ci il miladi) zilqədə ayının əvvəli  Mədinə şəhərində dünyaya gəlmişdir. Məsumə xanımın atası yeddinci imam, İmam Musa ibn Cəfər (ə) anası isə Nəcmə xatun olmuşdur. Xanımın (s) qardaşı,  Məşhəd şəhərində dəfn olunmuş səkkizinci imam Əli ibn Musər-Rzadır (ə).

Məsumə xanımın təvəllüdü, İmam Rza (ə) və Peyğəmbər (s) ailəsinə sevinc bəxş etdi və uzun bir intizarın sonu oldu. Çünki  Nəcmə xatunun, İmam Rzadan (ə) başqa övladı yox idi. O, İmam Rzadan (ə) sonra uzun illər övlad sahibi olmurdu. (Çünki İmam Rza (ə) hicrətin 148-ci ilində dünyaya gəlmişdi. Amma Məsumə xanım (s) 173-cü ildə dünyaya gəlmişdir. Onların arasında 25-il fasilə olmuşdur.)
Altıncı imam, Həzrət Sadiqin (ə) Məsumə xanımın dünayaya gəlişini müjdə verdi-yinə görə  xanımın təvəllüdü Nəcmə xatun (s)  və İmam Rza (ə) üçün  çox böyük və mühüm bir gün idi. Çünki bu qız qəlbləri cəlalıyan, gözləri işıqlandıran və Əhli-beyt (ə) ailəsinə xüsusi bir məhəbbət bəxş edən bir insan idi.

Şərh yaz

Şərhlər

  • Babək Taģıyev

    12.01.2017 04:13

    Allahtealadan Axiret günü ehlibeytmüsellemle bir yerde olmamızı temannna edirem!Şəfaetləri dünya və axirətdə vicudumuzdan və ruhumuzdan eskik olmasin .ilahi Amin!

Digər xəbərlər