"İman cəhətdən möminlərin ən kamili əxlaqda ən üstün olan və ailəsinə xoş davranandır" Həzrəti Muhəmməd (s)

21 2 2017 / 23 Cəmadiul-əvvəl 1438

BİZİMLƏ ƏLAQƏ:

info@hedef14.org

+994775670712

HAVA 4°C

Münasibət
Əli Həsənov: "Məncə, Astan Şahverdiyev müsahibəsində hər kəsi nəzərdə tutmayıb"

28.12.2016 | 12:05

Oxunub: 1089

“Astan Şahverdiyev əgər belə ifadələr işlədibsə, bu, böyük qəbahətdir”

Azərbaycan baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) sədri Əli Həsənov120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Astan Şahverdiyevin qalmaqala səbəb olan fikirlərinə münasibət bildirib.

O vurğulayıb ki, Astan Şahverdiyev əgər belə ifadələr işlədibsə, bu, böyük qəbahətdir: “Onun mənə yaxın olmasının məsələyə nə aidiyyatı var?! Deputatı xalq seçir. Bilmirəm, Astan Şahverdiyev o cür ifadələr işlədib, ya yox... Əvvəla inanmram ki, o cür deyib. Əgər deyibsə, bu, böyük qəbahətdir. O cür sözləri necə işlətmək olar?! Onu yaxşı tanıyıram, xalqını, vətənini sevir. Onun xanımının da müsahibəsini oxudum. Məncə, Astan Şahverdiyev müsahibəsində hər kəsi nəzərdə tutmayıb. Yəqin ki, “bəziləri” ifadəsini çıxarıblar. Özü ilə görüşməmişəm deyə konkret nəsə deyə bilmərəm. O, böyük alimdir, xalqı xaricdə təmsil edir, vətənpərvər insandır. Bu, necə olub, belə deyib bilmirəm”.

Qeyd edək ki, A.Şahverdiyevin bir neçə gün öncə "Azadlıq radiosu"na verdiyi müsahibə qalmaqala səbəb olub. Deputat müsahibəsində Biləsuvarda məskunlaşan Cəbrayıl rayonundan olan bəzi etirazçı məcburi köçkünləri "nəşəli", "içkili" adlandırıb. O, Rusiyaya işlə bağlı gedənlər barədə də "otxod" ifadəsini işlədib.(Report) 

Şərh yaz

Şərhlər

  • DqxDuAcO

    10.01.2017 20:35

    Begun, the great internet eduaction has. http://mompdtdha.com [url=http://mnlenqr.com]mnlenqr[/url] [link=http://zjenjkfodi.com]zjenjkfodi[/link]

  • YnxL0p8dEO1k

    09.01.2017 09:03

    The <a href="http://zpnxcbn.com">abitily</a> to think like that shows you&#039;re an expert

  • ADHzol8J2B

    08.01.2017 14:41

    What&#039;s it take to become a sublime exnedpuor of prose like yourself?

Digər xəbərlər