"İman cəhətdən möminlərin ən kamili əxlaqda ən üstün olan və ailəsinə xoş davranandır" Həzrəti Muhəmməd (s)

19 2 2017 / 21 Cəmadiul-əvvəl 1438

BİZİMLƏ ƏLAQƏ:

info@hedef14.org

+994775670712

HAVA 7°C

Hərbi
Erməni silahlı bölmələri atəşkəs rejimini ümumilikdə 36 dəfə pozub

09.01.2017 | 10:00

Oxunub: 23

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 36 dəfə pozub.

Hədəf14.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskepar və Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara və Kəmərli kəndlərində, Berd rayonunun Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Şərh yaz

Digər xəbərlər