“Dostlarımın (qardaşlarımın) ən yaxşısı eybimi mənə hədiyyə edən kəsdir.” İmam Sadiq (ə)

18 1 2017 / 19 Rəbiüs-sani 1438

BİZİMLƏ ƏLAQƏ:

info@hedef14.org

+994775670712

HAVA 6°C

İslam
Gürcüstanda xanım Məsumənin (s.ə) şəhadət günü münasibəti ilə mərasim keçirilib

10.01.2017 | 11:49

Oxunub: 79

Hədəf14.az-ın məlumatına görə, Gürcüstan Əhli-Beyt cəmiyyəti, Beynəlxalq Al-Mustafa Unversitetinin Gürcüstan nümayəndəliyi, Əhli-Beyt cəmiyyətinin nəzdində fəaliyyət göstərən Əhli-Beyt Aşiqləri Forumu və “Zeynəb” Qadınlar Birliyinin birgə təşkilatçılığı ilə Əhli-beyt (ə) Kəriməsi Xanım Məsumənin (s.ə) şəhadəti günü münasibəti ilə əza mərasimi keçirildi.

Mərasim Elçin Daşdanzadənin aparıcılığı ilə baş tutaraq və Quran qarisi Rza Cəfərinin Quran tilavəti ilə açıldı.

Tilavətin ardınca Al-Mustafa Unversitetinin Gürcüstandakı nümayəndəsi hacı Davud Zarii öz növbəsində çıxış etdi.

Sonra alim xanım Məsumənin (s.ə) kəramət və fəzilətindən danışaraq, o əzəmətli Xanımın (s.ə) şəninə mədh və rövzələr oxudu.

Mərasimin davamında isə həzrəti Məsumənin (s.ə) həyatına və hərəminə aid video çarx nümayiş etdirildi.

Mərasimin sonunda hacı Rahid rövzə və mərsiyyələr oxudu. 

Mərasim fərəc duası və ehsan süfrəsilə yekunlaşdı.


Əhli-beyt (ə) Kəriməsi Xanım Məsumənin (s.ə) şəhadət günü münasibəti ilə əza mərasimi keçirildi (Foto)


Əhli-beyt (ə) Kəriməsi Xanım Məsumənin (s.ə) şəhadət günü münasibəti ilə əza mərasimi keçirildi (Foto)



Əhli-beyt (ə) Kəriməsi Xanım Məsumənin (s.ə) şəhadət günü münasibəti ilə əza mərasimi keçirildi (Foto)

Şərhlər

Şərh yaz

Digər xəbərlər