"İman cəhətdən möminlərin ən kamili əxlaqda ən üstün olan və ailəsinə xoş davranandır" Həzrəti Muhəmməd (s)

19 2 2017 / 21 Cəmadiul-əvvəl 1438

BİZİMLƏ ƏLAQƏ:

info@hedef14.org

+994775670712

HAVA 7°C

Hadisə
Hacı Zülfüqar Mikayılzadə, Elman Ağayev və digər 10 nəfərin məhkəməsi başlayır

12.01.2017 | 13:49

Oxunub: 286

 

Bakının Nardaran qəsəbəsində baş vermiş insidentdən sonra saxlanılan ruhanilər hacı Zülfüqar Mikayılzadə və hacı Elman Ağayevin də olduğu digər 10 nəfər barəsində cinayət işi icraata verilib.

 

Cinayət işi baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Zeynal Ağayevin icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclası yanvarın 19-da keçiriləcək.
 

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” hərəkatının sədri hacı Taleh Bağırov və onunla birlikdə olanların həbsindən sonra respublikanın digər yerlərində də həbslər olub. Həmin hadisələr çərçivəsində ilahiyyatçılar seyid Elman Ağayev, və hacı Zülfüqar Mikayılzadə və digərləri saxlanılıb.

 

Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini qətlə yetirilib.

 

Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb. Onlardan Taleh Bağırov və digər 18 nəfərin cinayət işi üzrə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində proses keçirilir.

Taleh Bağırovun müavini olan Elçin Qasımov və digər 12 nəfərin cinayət işi üzrə istintaq isə bir müddət əvvəl yekunlaşıb. Hazırda onların da məhkəmə prosesi davam edir.  

Şərh yaz

Digər xəbərlər