"İman cəhətdən möminlərin ən kamili əxlaqda ən üstün olan və ailəsinə xoş davranandır" Həzrəti Muhəmməd (s)

26 2 2017 / 28 Cəmadiul-əvvəl 1438

BİZİMLƏ ƏLAQƏ:

info@hedef14.org

+994775670712

HAVA 10°C

Xəbər
İŞİD torror qruplaşmasında döyüşən azərbaycanlı haqqında apellyasiya qərarı

11.01.2017 | 10:11

Oxunub: 89

Bakı Apellyasiya Məhkəməsində İŞİD və digər terrorçu təşkilatların tərkibində döyüşməkdə təqsirləndirilən Zərbəli Abdullzadə barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, Z.Abdullzadə apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, Z.Abdullzadə Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə, onları döyüş sursatı və əsgəri ləvazimatla təchiz etmə, dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda hərbi təlimlər keçmə, silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsində təqsirli bilinib. O, 2012-2015-ci illər ərzində qeyri-qanuni yollarla Suriya və İraqa gedib və həmin dövlətlərin ərazisində qanunsuz fəaliyyət göstərən "İslam dövləti (İŞİD)" və digər terrorçu təşkilatların, eləcə də başqa qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçib, müxtəlif növ odlu silahlardan istifadə təcrübəsinə yiyələnib. Təlimlər başa çatdıqdan sonra Z.Abdullzadə Suriya və İraq ərazisində sabit terrorçu və digər qanunsuz silahlı birləşmələrin tərkibində hərbi əməliyyatlarda və döyüşlərdə iştirak edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Abdullzadə 10 il müddətinə azadlıqdan məhrum edilib. 

Şərh yaz

Digər xəbərlər