"İman cəhətdən möminlərin ən kamili əxlaqda ən üstün olan və ailəsinə xoş davranandır" Həzrəti Muhəmməd (s)

21 2 2017 / 23 Cəmadiul-əvvəl 1438

BİZİMLƏ ƏLAQƏ:

info@hedef14.org

+994775670712

HAVA 4°C

Siyasət
İsrailin baş naziri Fələstin prezidenti ilə görüşməkdən imtina edib

08.12.2016 | 11:43

Oxunub: 83

 

İsrailin baş naziri Benyamin Netanyahuy Fələstin prezidenti Mahmud Abbas ilə Parisdə,  İsrail-Fələstin münaqişəsinin nizamlanmasına dair beynəlxalq konfrans çərçivəsində görüşməkdən imtina edib.

 

APA-nın BBC –yə istinadən verdiyi xəbərə görə,  konfrans Fransa paytaxında dekabrın 21-22-də keçiriləcək. İki gün davam edəcək konfransa 50-dan çox ölkənin rəsmiləri dəvət edilib.

 

İsrail baş nazirinin mətbuat xidmətindən bildirilib ki, Benyamin Netanyahu M.Abbasla yalnız birbaşa danışıqlara getməyə razıdır. Baş nazirin qənaətinə görə, Parisdə münaqişənin nizamlanmasında heç bir irəliləyiş olmayacaq. Fələstin administrasiyası isə əksinə, Fransanın təşəbbüsü ilə  baş tutan tədbiri dəstəkləyib.

 

Qeyd edək ki, sentyabr ayında İsrail rəhbərliyi Moskvada Abbas ilə danışıqlardan imtina edib. Beləliklə, 2014-cü ilin aprelindən, ABŞ-ın vasitəçiliyi ilə baş tutan dialoqun iflasa uğramasından sonra İsrail və Fələstin arasında sülh danışıqları faktiki olaraq  dondurulub. 

Şərh yaz

Digər xəbərlər