"İman cəhətdən möminlərin ən kamili əxlaqda ən üstün olan və ailəsinə xoş davranandır" Həzrəti Muhəmməd (s)

26 2 2017 / 28 Cəmadiul-əvvəl 1438

BİZİMLƏ ƏLAQƏ:

info@hedef14.org

+994775670712

HAVA 10°C

Dünya
İstanbuldakı "Reina qətliamçısı"ndan xəbər var

07.01.2017 | 14:16

Oxunub: 100

İstanbulda yeni il gecəsi 39 nəfərin öldürüldüyü Reina qətliamını İŞİD terror təşkilatının “Özbək” hücrəsinin təşkil etdiyi bəlli olub. Türkiyə mediasına istinadən əldə edilən məlumata görə, hüquq-mühafizə orqanları İŞİD-ib bu ölkədəki Şərqi Türküstan mənşəli “Özbək” şərti adlı özəyini deşifrə edib. Əməliyyat zamanı Reina terrorçusuna yardım etmiş 10 nəfərlik qrup ələ keçirilib. Tutulanların bu qanlı hadisənin hazırlanmasında aktiv rol oynadıqları bildirilir.

Əməliyyat nəticəsində Reina qətliamçısı, Əbu Muhamməd Xorasani kod adlı, əsl adı hələ də bəlli olmayan, özbək əsilli olduğu bildirilən terrorçuya dəstək vermiş 10 nəfərdən başqa, daha 15 nəfərin saxlanıldığı bildirilir.

Məlumatda bildirilir ki, “Xorasani”, 12 dekabrda terror təşkilatının Konyadakı özəyinin ifşa olunmasından sonra, 15 dekabrda İstanbula gəlib.

Bundan başqa, bəlli olub ki, terrorçunun arvadının və iki uşağının Konyada ələ keçirildiyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Terrorçunun ailəsinin qətliamdan dərhal sonra İŞİD-in başqa bir hücrəsinə təhvil verildiyi üzə çıxıb. (Lent.az)

Şərh yaz

Digər xəbərlər