“Cənnətdəki "Sevinc sarayı"na, ancaq uşaqları sevindirənlər girəcək.” Muhəmməd peyğəmbər (s)

30 3 2017 / 30 Cəmadius-sani 1438

BİZİMLƏ ƏLAQƏ:

info@hedef14.org

+994775670712

HAVA 10°C

Mədəniyyət
Kitabxanaşünas alim Abuzər Xələfovun 85 illik yubileyi qeyd edilib

14.12.2016 | 16:13

Oxunub: 102

Dekabrın 14-də Milli Kitabxanada BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Abuzər Xələfovun 85 illik yubileyinə həsr olunmuş tədbir və “Abuzər Xələfov. Biblioqrafik məlumat kitabı”nın təqdimatı keçirilib. Bu barədə Hədəf14.az-a Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən məlumat verilib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Abuzər Xələfovun kitabxanaşünaslıq sahəsində əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, onun kitabxana sahəsində müxtəlif mövzularda araşdırma məqalələri ölkəmizin kitabxana ictimaiyyətinin köməyinə çatır.

“Abuzər Xələfov. Biblioqrafik məlumat kitabı” haqqında məlumat verən K.Tahirov bildirib ki, nəşr görkəmli alimin elmi-pedaqoji fəaliyyətinin 2011-ci ildən 2016-cı ilədək olan dövrünü əhatə edir. Abuzər Xələfovun anadan olmasının 85, elmi-pedaqoji fəaliyyətinin 65 illiyinə həsr olunmuş kitabda göstərilən müddət ərzində nəşr olunmuş 47 adda dərsliyi, dərs vəsaiti, monoqrafiyası, metodik göstəriş və proqramları, elmi məqalələri, elmi-metodik və digər materiallar toplanıb. Nəşrdə həmçinin professorun elmi rəhbəri olduğu fəlsəfə doktorluğu dissertasiyaları, redaktə etdiyi elmi işlər haqqında da materiallar öz əksini tapıb.

Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri vəzifəsini icra edən Aslan Cəfərov nazirlik adından yubilyarı təbrik edərək, alimin faydalı ömür yaşadığını, böyük bir kitabxanaşünaslıq məktəbi yaratdığını, milli kitabxanaşünas-biblioqraf kadrların hazırlanmasında səmərəli işlər gördüyünü bildirib. Qeyd edib ki, kitabxana işində bir çox ilklərə imza atan Abuzər Xələfovun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Həmçinin onun elmi fəaliyyətinin bəhrəsi olaraq Azərbaycanda yüzlərlə insan kitabxana işində fəxri adlara, təltiflərə layiq görülüb.

Bakı Dövlət Universiteti (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, dosent Azad Qurbanov, universitetin Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, dosent Nadir İsmayılov, Milli Kitabxananın direktor müavini Mələk Hacıyeva və digər çıxış edənlər Abuzər Xələfovun kitabxana işinin təşkilində novator alim kimi geniş biliyə, zəngin təcrübəyə malik olmasından, bu sahədə ixtisaslı kadrların hazırlanmasında mühüm xidmətlərindən danışıblar.

Sonda Abuzər Xələfov tədbirin keçirilməsinə görə Milli Kitabxanaya və biblioqrafiyanın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Görkəmli alimin yaradıcılığını, kitabxanaşünaslıq tarixində əvəzsiz xidmətlərini özündə əks etdirən “Abuzər Xələfov 85” adlı kitab sərgisi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

 

 

 

 

 

 

Şərh yaz

Şərhlər

  • An1shyqDmnCd

    09.01.2017 09:03

    I&#039;m so glad that the <a href="http://gqqgennzz.com">ineetnrt</a> allows free info like this!

  • 4hZ54Sln

    08.01.2017 15:07

    This is a neat suaymrm. Thanks for sharing!

Digər xəbərlər