“Cənnətdəki "Sevinc sarayı"na, ancaq uşaqları sevindirənlər girəcək.” Muhəmməd peyğəmbər (s)

29 3 2017 / 30 Cəmadius-sani 1438

BİZİMLƏ ƏLAQƏ:

info@hedef14.org

+994775670712

HAVA 9°C

Xəbər
Kriminal avtoritetlər" arasında Lənkəranskiyə görə “müharibə”

09.01.2017 | 14:37

Oxunub: 84

Bu il Moskvada azərbaycanlı kriminal avtoritetlər  klanları arasında “müharibə”nin vüsət alacağı gözlənilir və artıq Rusiya mediası bu barədə silsilə yazılar dərc etməkdədir.
 
Bu müharibənin əsasən üç azərbaycanlı “qanuni oğru” – kriminal avtoritet "Quli", Vaqif və Rəşad Gəncinskiy arasında gedəcəyi bildirilir.
 
Prosesə digər qruplaşmaların da qoşulacağı istisna edilmir. Hazırda Moskva  və onun ətrafında  azərbaycanlı kriminal avtoritetlər Nadir Səlifov ("Quli" ləqəbli kriminal avtoritet), Vaqif Süleymanov (Vaqif) və  Rəşad İsmayılov (Rəşad Gəncinskiy) arasında  monolit güclü “birlik” yaranmasına baxmayaraq, 2017-ci ildə  bu şəxslər arasında  da təsir dairəsi uğrunda mübarizədə  ciddi problemlər yaşancağı gözlənilir.
Hədəf14.az “Rosbalt”-a istinadən bildirir ki, onların bir araya gəlməsini zəruri edən amil 2016-ci ilin avqustunda İstanbulda “qanuni oğru” Rövşən Lənkəranskinin öldürülməsi məsələsi olub.
 
Düzdür, R. Lənkəranskinin ölümünün səbəblərinin “göy kralı” Cambulat Şamiloğlu ilə bağlı olduğu bildirilsə də, ortada fərqli fikirlər səslənirdi. Ancaq  Yeni il öncəsi Rövşənin öldürülməsi ilə bağlı məsuliyyəti Rəşad Gəncinskiy öz üzərinə götürdü. R.Gəncinskiy  dar çərçivədəki görüşdə R. Lənkəranskinin onun tərəfindən öldürüldüyünü və bunu dostu Cambulatın qisasını aldığı üçün etdiyini bəyan edib. Hüquq-mühafizə orqanlarındakı mənbədən “Rosbalt”-a verilən məlumata görə, R.Lənkəranskinin aradan götürülməsi "Quli"nin və Vaqifin razılığı olmadan, yəni, Rəşad Gəncinskiy tərəfindən təkbaşına belə bir əməliyyatın həyata keçirilməsi qeyri-mümkün görünür. Görünür, onların razılığı ilə R.Gəncinskiy belə bir əməliyyatı reallaşdırıb.
 
Azərbaycan mafiyası Moskvanı “ayağa” qaldırır.
 
 Əgər belə olmasaydı, zamanında R. Lənkəranskinin nəzarətində olan Moskvadakı obyektlər  bu “üçlük” arasında bərabər bölüşdürülməzdi. Çünki R.Lənkəranskinin ölümüdən sonra onun Moskvadakı obyektləri bu üç “qanuni oğru” arasında bərabər səviyyədə bölünüb.  Bir çoxları hesab edir ki, “üçlük” arasındakı ittifaqın uzun çəkəcəyinə inam azdır. Bu ittifaq müəyyən müddətdən sonra dağılacaq və təsir dairələrini genişləndirmək üçün aralarında ciddi problemlər yaranacaq.  Bunun ilk səbəbi kimi "Quli"nin 2017-ci ildə uzun müddətlı həbs həyatının bitəcəyi və azadlığa çıxacağı göstərilir. “Quli”-nin xarakterini tanıyanlar isə bilir ki, o, bu gün reallığa uyğun olaraq digər iki şəxslə bir araya gəlib ittifaq qurub, ancaq azadlığa çıxdıqdan sonra kiminsə özündən önə keçməsinə imkan verməyəcək. Ona görə də hesab edirlər ki, “Quli” bu gün Vaqiflə Rəşada dost  və müttəfiq ola bilər, ancaq  sabah  qəddar düşmənə çevrilərək, onlara qarşı  mübarizəyə başlar.  Kriminal aləmdə isə belə hallara az  rast gəlinməyib. Bunu Vaiqflə Rəşad da yaxşı anlayır. Onlar “Quli”-nin  qəribə xarakterinə bələddirlər. Ona görə də bu “üçlük”-ün ittifaqının 2017-ci ildə dağıalcağını ehtimal edirlər. İttifaqın dağılması isə  məlum “üçlük” arasında müharibə   başlanğıcına start vermiş olacaq.
 
Mənbənin məlumatına görə, prosesə digər azərbaycanlı kriminal avtoritetlərin qoşulacağı gözlənilir və artıq bunun işartısı görünməkdədir. Onlar  da öz varlıqlarını göstərmək və  kriminal aləmdəki nüfuzlarını sübut etmək üçün hərəkətə keçəcəklər. Artıq Rusiyada Əli  Əliyevin klanı (bu şəxs uzun müddət  məhbus həyatı yaşayan Zaur Əliyevin doğma qardaşıdır. Z.Əliyev   kriminal aləmdə “Zayka” kimi tanınır-red) fəallaşıb. Bu klan da istənilən halda  azərbaycanlı avtoritetlərin təsir dairəsinin bölünməsi uğrunda   gedən mübarizədə yer alacaqlar. Onların da əllərinə silah alacağı qaçılmazdır.
 
Prosesə eyni zamanda “Quli”-nin  qəti əleyhdarı olan və ona qarşı düşmən mövqedə olan  Əli Heydərovun  da  ( kriminal aləmdə “Albert Rıjiy” kimi tanınır-red.) yer alacağı gözlənilir. Albert 2014-cü ildə  saxlanılıb və  iki ildir istintaq  nəzarəti  altında yaşayır. Düzdür, istintaqın gələcəyi dumanlı görsənsə də,  onun azadlığa çıxamsı və bu proseslərdə yer alması istisna edilmir.  Başlanacaq müharibəyə adları bəlli olmayan, ancaq kriminal aləmdə tanınan, söz sahibi olan  və ya bir az zəif olan qrupların da qoşulacağı  bildirilir.
 
Düzdür, onların adı hallanmasa da,  proseslər başlandıqdan sonra onların  bu döyüşlərdə iştirakı istisna edilmir. İstənilən halda 2017-ci ildə Rusiyadakı azərbaycanlı kriminal avtoritetlər arasında gərgin bir dövr yaşanacaq. Kriminal avtoritetlər arasında  “razborka”lar və atışmaların olacağı gözlənilir. Əgər azərbaycanlı avtoritetlər uzaqgörənlik nümayiş etdirib, bir araya gələcəklərsə, yenə də sülh şəraitində “mehriban düşmən” prinsipinə əsaslanaraq həyatlarını davam etdirəcəklər.
 
Bu zaman onlar Rusiyadakı əvvəlki nüfuzlarını bərpa edərək, yenidən bir gücə çevriləcəklər. Yox,  əgər  azərbaycanlı avtoritetlər arasında döyüş başlayacaqsa, o zaman onların parçalanmasına və nəzarətlərində olan obyektlərdə gözü olan digər millətlərdən olan kriminal qruplaşmalar, bu döyüşün daha da qızışmasına şərait yaradacaqlar. Onlar tərəflərə dəstək verməklə, azərbaycanlı kriminal avtoritetlərin  son anda zəifləməsinə və gücdən düşməsinə yol açacaqlar. Məqsəd isə onların Rusiaydakı nüfuz dairəsini zəiflətməklə, həm öz təsir dairələrinə salmaq, həm də onların obyektlərinə sahib durmaqdır. İndi hər şey azərbaycanlı kriminal avtoritetlərin  yaratdığı ittifaqda özlərini necə aparmasından asılı olacaq.

qulu albert resat

Şərh yaz

Digər xəbərlər