“Dostlarımın (qardaşlarımın) ən yaxşısı eybimi mənə hədiyyə edən kəsdir.” İmam Sadiq (ə)

20 1 2017 / 21 Rəbiüs-sani 1438

BİZİMLƏ ƏLAQƏ:

info@hedef14.org

+994775670712

HAVA 2°C

Mədəniyyət
Kukla Teatrının yaranmasının 85 illiyi qeyd olunub -

28.12.2016 | 18:08

Oxunub: 31

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemət və başqaları iştirak edib. 


Teatrın yaranma tarixindən danışan nazir qeyd edib ki, A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daim axtarışda olan və peşəkar kollektivə malik mədəniyyət ocağıdır: “Bu teatrın əsas məqsədi uşaqlarda teatra sevgi və məhəbbət oyatmaqdan ibarətdir. Mədəniyyət ocağının vəzifəsi həm də ondan ibarətdir ki, Azərbaycanın tarixini, ədəbiyyatını, nağıllarını yaşatsın və təbliğ etsin”.
 

Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemət Kukla Teatrının Azərbaycan teatr məkanındakı yerindən danışıb, kollektivə işlərində uğurlar arzu edib. 

Tədbirdə teatrın əməkdaşlarına Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının diplom və fəxri fərmanları təqdim olunub. 
 

Mərasimdə teatrın repertuarında yer alan tamaşalardan ibarət “Konsert-tamaşa - 85” adlı proqram nümayiş olunub.

Qeyd edək ki, Azərbaycan Dövlət Kukla Teatrının əsasını 1931-ci ildə Molla Ağa Bəbirli qoyub. Azərbaycan və rus dillərində tamaşalar təqdim edən teatra 1964-cü il aprel ayının 15-də dövlət statusu verilib. (Apa)

 

kukla teatrinin yaranmasinin 85 illiyi qeyd olunub

 

kukla teatrinin yaranmasinin 85 illiyi qeyd olunub

 

kukla teatrinin yaranmasinin 85 illiyi qeyd olunub

 

kukla teatrinin yaranmasinin 85 illiyi qeyd olunub

 

kukla teatrinin yaranmasinin 85 illiyi qeyd olunub

 

kukla teatrinin yaranmasinin 85 illiyi qeyd olunub

kukla teatrinin yaranmasinin 85 illiyi qeyd olunub

Şərhlər

  • iNqjTXXUlTN

    09.01.2017 09:06

    <a href="http://hktkulotdwa.com">Plnieasg</a> to find someone who can think like that

  • oznFhPLrDtc

    08.01.2017 19:07

    Thank you so much for this ariclte, it saved me time!

Şərh yaz

Digər xəbərlər