"İman cəhətdən möminlərin ən kamili əxlaqda ən üstün olan və ailəsinə xoş davranandır" Həzrəti Muhəmməd (s)

21 2 2017 / 23 Cəmadiul-əvvəl 1438

BİZİMLƏ ƏLAQƏ:

info@hedef14.org

+994775670712

HAVA 4°C

Elm-təhsil
Memarlıq və İnşaat Universitetinin tələbəsi "Azercell"dən təqaüd alacaq

11.01.2017 | 10:55

Oxunub: 1159


“Azercell Telekom” MMC-nin Tələbə Təqaüd Proqramının növbəti qalibləri müəyyənləşib.

Şirkətin son seçimlərinin nəticələrinə əsasən, Azərbaycan universitetlərində təhsil alan 27 tələbə təqaüdə layiq görülüb.

Bu tələbələr ali təhsillərinin sonunadək şirkətin 200 AZN məbləğində aylıq təqaüdünü almaqla yanaşı, telekommunikasiya sahəsinə dair biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanı əldə edəcəklər. 

Bu dəfə Azərbaycan Memarlıq və İnşaat Universitetinin SABAH qruplarının Memarlıq ixtisası üzrə təhsil alan III kurs tələbəsi Təhminə Əzimzadə təqaüd qazanıb.

Universitetdən bildirilib ki, bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 120-dən çox tələbə şirkətin təqaüdçüsü olub. 

Şərh yaz

Digər xəbərlər