“Dostlarımın (qardaşlarımın) ən yaxşısı eybimi mənə hədiyyə edən kəsdir.” İmam Sadiq (ə)

20 1 2017 / 21 Rəbiüs-sani 1438

BİZİMLƏ ƏLAQƏ:

info@hedef14.org

+994775670712

HAVA 2°C

Mədəniyyət
Mən bir susmaz duyğuyam ki”… Ədəbi-bədii kompozisiya keçirilib

17.12.2016 | 11:24

Oxunub: 500

Hədəf14.az xəbər verir ki, Humanitar Fənlər Gimnaziyasında X sinif şagirdlərinin iştirakı ilə C.Cabbarlının yaradıcılığına həsr olunmuş “Mən bir susmaz duyğuyam ki” adlı ədəbi-bədii kompozisiya keçirilib. Bu barədə məlumatı S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının Azərbaycan dili və ədəbiyyat müəllimi Səbinə Rzayeva verib. onun sözlərinə görə, burada məqsəd şagirdləri C.Cabbarlının yaradıcılığı ilə yaxından tanış etmək, onun əsərlərinin tərbiyəvi əhəmiyyətini aşılamaq olub: "Dramaturqun “Solğun çiçəklər”, “Oqtay Eloğlu” və “Sevil” əsərlərindən parçalar şagirdlər tərəfindən səhnələşdirildi. “Soğun çiçəklər” əsərindəki Sara rolunun ifaçısı XI sinif şagirdi Aytac Rüstəmlinin Saranın ölüm səhnələrindəki fəryad dolu çıxışı hamını göz yaşlarına boğdu. Bəhram obrazını XI sinif şagirdi Fərid Əsgərov, Gülnisə obrazını Rəhimə Quliyeva, Pəri rolunu Aytən Şükürova, Əbdül əmi surətini isə Əmrə Mirzəyev canlandırdı. Tamaşaçılar göz yaşları içində bu səhnəni seyr etdilər. “Sevil” tamaşası da təsirsiz ötüşmədi. Rəhimə Quliyeva - Sevil rolunun ifaçısı Sevilin öz balası ilə qovuşması səhnəsi ilə hamını göz yaşlarına qərq etdi. Dilbər obrazını çox böyük cəsarətlə oynayan Aytən Şükürovanın çıxışı anşlaqla qarşılandı. “Oqtay Eloğlu” rolu ilə tamaşaçıların qarşısına çıxan Elsevər Babayev öz üsyankar çıxışı ilə hamını heyrətləndirdi. Firəngiz obrazını Fatma Məmmədova , Aslan bəyin surətini Çingiz Ələkbərov canlandırdı. Şagirdlərin peşəkar aktyorlar kimi çıxış etmələri tədbirin qonaqlarını və gimnaziyanın direktoru Xuraman xanımı çox təsirləndirdi. O, sonda şagirdlərə öz təşəkkürünü bildirdi. Bu şagirdlərin təşəkkürnamə ilə təltif olunmasını vurğuladı, onların ifasını çox bəyəndiyini qeyd etdi. Tədbirin qonaqlarından Təhsil Nazirliyinin nümayəndəsi Hüseyn Mirzəyev, Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəcəf Novruzov, Texniki – Humanitar Liseyinin direktoru Səidə Zeynalova, 324 saylı məktəbin direktoru Gülarə Atayeva, Milli Elmlər Akedemiyasının Ədəbiyyat İnstitutunun Filologiya elmlər doktoru Esmira Şükürova, Milli Elmlər Akademiyasının Folklor İnstitutunun böyük elmi işçisi Nailə Əsgər və Qumru Şəhriyar da bu tədbirin təşkilatı işindən razı qaldıqlarını bildirdilər. Tədbirdə C.Cabbarlı yadigarı, onun nəvəsi, ev muzeynin direktoru Qəmər Bağırova da şagirdlərimizin çıxışından təsirləndiyini bildirdi, belə tədbirlərin şagirdlərdə milli-mənəvi dəyərlərini inkişaf etdirilməsində mühüm rol oynadığını vurğuladı. Bu tədbirdən sonra şagirdlər anladılar ki, pul heç də insan həyatında mühüm rol oynamır, qadının təhsil alması vacib şərtdir".


 
 

Şərhlər

  • 6sf1kecTgA

    10.01.2017 20:38

    Yup, that shulod defo do the trick! http://gahckx.com [url=http://taalimm.com]taalimm[/url] [link=http://ajvvmhvxnjl.com]ajvvmhvxnjl[/link]

  • M9S8df8G

    09.01.2017 09:05

    Hey, that&#039;s the <a href="http://gmqrrnzajn.com">greetast!</a> So with ll this brain power AWHFY?

  • FbxE7ZJ9GEv7

    08.01.2017 16:53

    I am so excited about the launch, you have no idea! I love your message, the bags, and of course you are very much loved! I signed up for the Neteelwtsr and cant wait to hear about the winners!

Şərh yaz

Digər xəbərlər