“Dostlarımın (qardaşlarımın) ən yaxşısı eybimi mənə hədiyyə edən kəsdir.” İmam Sadiq (ə)

18 1 2017 / 19 Rəbiüs-sani 1438

BİZİMLƏ ƏLAQƏ:

info@hedef14.org

+994775670712

HAVA 6°C

Tibb
Nigah üçün müraciət edənlərin 645 nəfərində sifilis və 109 nəfərində QİÇS təyin edilib - Rəsmi

11.01.2017 | 11:37

Oxunub: 88

“Ötən il Azərbaycanda müayinədən keçən 460 nəfərdə bədxassəli qan xəstəlikləri aşkar olunub. Onların 327 nəfərində kəskin leykoz müəyyən edilib”.

Bunu Səhiyyə Nazirliyinin baş hemotoloqu Çingiz Əsədov deyib.

Onun sözlərinə görə, B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna müraciət edən vətəndaşların sayı ötən il 12 628 nəfər olub: “İlkin müraciətlərin sayı 4 519 nəfər təşkil edib. Bu rəqəm 2015-ci ildə 4 306 nəfər olub. Hazırda müəssisədə 27 523 xəstə dispanser qeydiyyatdadır. Bu rəqəm 2015-ci ildə 23 962 təşkil edib”.

O qeyd edib ki, ötən il 143 min 694 nəfər nikahqabağı müayinədən keçib: “Onlardan 4 649 nəfərdə talassemiya daşıyıcılığı, 645 nəfərdə sifilis və 109 nəfərdə QİÇS təyin edilib. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 42 olub”.  

Şərhlər

Şərh yaz

Digər xəbərlər