"İman cəhətdən möminlərin ən kamili əxlaqda ən üstün olan və ailəsinə xoş davranandır" Həzrəti Muhəmməd (s)

19 2 2017 / 21 Cəmadiul-əvvəl 1438

BİZİMLƏ ƏLAQƏ:

info@hedef14.org

+994775670712

HAVA 7°C

İslam
Niyə Allah var-dövlətli günahkarların sərvətini əllərindən almır?

24.12.2016 | 14:11

Oxunub: 334

Sual:

Niyə Allah var-dövləti çox olan günahkarların sərvətini əllərindən almır?

 

Cavab:

Allah Quranda “Şura” surəsinin 27-ci ayəsində buyurur: “Əgər Allah Öz bəndələrinə bolluca ruzi versəydi, onlar yer üzündə həddi aşardılar. Lakin O, istədiyi şeyi qədərincə göndərir. Həqiqətən, O Öz bəndələrindən Xəbərdardır, Görəndir”.

Əllamə Təbərsi “Məcməul-Bəyan”da bu ayənin altından yazır: Əgər kimsə bəzi fərdlərin zəngin olduğunu və Allahın sözündən çıxdığı, zülm, sitəm və fəsad törətdikləri görülür desə, biz ona deyəcəyik, bilirik ki, Sübhan Allah Özü bildiyi məsləhətə uyğun olaraq bəndələrinə rəftar sərgiləyir. Belə ki, bəziləri varlı və Allahın sözündən çıxan, günah edəndirlər. Ola bilər ki, onların durumu bərabər olmuş olsun. Belə ki, əgər yoxsul da olsaydılar, yenə də günaha mürtəkib olardılar. Onlar Allahın ibadət və itaətini tərk edərdilər.

Allah onlara höccəti tamamlamaq üçün onları varlı etmişdir ki, Qiyamətdə “Əgər biz sərvətə malik olsaydıq, itaətkar, sözə qulaq asan olardıq. Yoxsa ki, üsyankarlığa mürtəkib olmağımızın səbəbi fəqirlik, əli boş olmaq üzündən olmuşdur”, – deməsinlər. Ola bilər ki, fəqir də olsaydılar, zülm, sitəm və üsyankarlıqları varlı mövqeyindən daha artıq olmuş olardı. Onların durumlarının təfərrüatından Allah daha biliklidir.

 

Şərh yaz

Digər xəbərlər