"İman cəhətdən möminlərin ən kamili əxlaqda ən üstün olan və ailəsinə xoş davranandır" Həzrəti Muhəmməd (s)

21 2 2017 / 23 Cəmadiul-əvvəl 1438

BİZİMLƏ ƏLAQƏ:

info@hedef14.org

+994775670712

HAVA 4°C

Mədəniyyət
Qarabağ xalçaları unudulmayıb - Açıqlama

06.01.2017 | 15:17

Oxunub: 59

Xalçaçılıq, Azərbaycan xalqının milli mədəniyyəti tarixində özünəməxsus yer tutur. Hər bölgəyə məxsus xüsusi xalça növləri var ki, tarixi baxımdan əhəmiyyətli olmaqla yanaşı, həmin bölgəyə xas xüsusiyyətləri də özündə ehtiva edir.

Azərbaycan torpaqları erməni qəsbkarları tərəfindən zəbt edildikdən sonra, xalçaçılıq sahəsində qısamüddətli durğunluq müşahidə olundu.

Bu da səbəbsiz deyil. Əsasən yaşlı qadınların sevimli məşğuliyyətinə çevrilən bu sənət,  unudulmağa doğru gedir. O səbəbdən ki, Qarabağa məxsus nadir xalça növlərinin toxunma üsulları yaşlı insanlar dünyasını dəyişdikcə, sanki unudulur.

Son bir ilə nəzər salanda xalça sənətinin xüsusi inkişaf yoluna qədəm qoyduğunu görmək olar.  

Belə ki, 2016-cı ilin may ayında prezident İlham Əliyevin “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında imzaladığı sərəncam xalçaçılıq sənətinə olan diqqəti daha da artırıb.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov Modern.az-a açıqlamasında gənclər arasında xalça toxumağa böyük həvəsin olduğunu deyib.

“Gənclər arasında xalça toxumağa böyük həvəs var. Cənab prezidentin sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılıb.

“Azərxalça” ilk filialını Horadiz şəhərində açıb. Orada 150 nəfər toxucu çalışır ki, bunların da hamısı qarabağlılardır. Onlar Qarabağ xalçalarının bütün növlərini toxuyurlar. Növbəti aylarda Ağdamın Quzanlı qəsəbəsində, Şəmkirdə, Tovuzda, Qazaxda, Ağstafada, Qəbələdə, İsmayıllıda, Qubada və Xaçmazda 2017-ci ilin sonuna qədər artıq 9 xalça mərkəzi də açılacaq ki, orda da hər birində 150 nəfər olmaqla toxucu çalışacaq. Gənclərin də, yaşlıların da, orta nəsil xalçaçılarının da hamısının xalçaçılığa çox böyük həvəsi var. Biz də əlimizdən gələn köməkliyi edirik ki, xalça növlərimiz həm dünyada, həm də Azərbaycanda tanınsın”. 

Vidadi Muradovun sözlərinə görə,  Azərbaycanda itib-batan, unudulan xalça növləri yoxdur.

“Azərbaycanda itib-batan xalça növü yoxdur. Azərbaycanın müxtəlif ərazilərində toxunan xalça növlərimiz var. Onların da texnologiyaları bizə bəllidir.

15-ci və 16-cı əsrə aid  xalçalar var ki, onların öz adları var. Biz də həmin xalçalara yeni nəfəs yeni can verməklə, yenidən toxuyuruq. Toxunan xalçanı hansısa xarici turistə satırıq. Onlar da aparıb öz evlərində Qarabağ xalçası kimi işlədirlər.

Həm Cənubi Azərbaycanda, həm də Qarabağın işğal altında olan ərazilərində 18-ci- və 19-cu əsrə aid xalça növlərinin özü qorunub saxlanılır. Həmin xalça növlərinin nümunələrindən yenilərini toxuyuruq. Yəni həmin xalçalara baxıb toxunma prosesini davam etdiririk. Ona görə də həmin xalça növləri yaşayır.  

Həm İrəvan qrupu, həm Naxçıvan qrupu, həm də  Qarabağ qrupuna aid Azərbaycan, rus ingilis dillərində xalçaçılıq kitablarımız var. Bu kitablar dünyanın hər bir yerinə paylanılıb.

Orada heç bir narahatlıq yoxdur ki, deyək, Qarabağa aid olan hansısa xalça növü bizdə olmasın.  Dünyada, bizə aid olmayan xalçalar var. Təbii ki, həmin  xalçaların olduğu  dünya muzeyləri ilə əlaqə yaradırıq. Sonra həmin nümunələrdən götürüb ancaq yenilərini toxuyuruq”.

Şərh yaz

Digər xəbərlər