“Cənnətdəki "Sevinc sarayı"na, ancaq uşaqları sevindirənlər girəcək.” Muhəmməd peyğəmbər (s)

29 3 2017 / 30 Cəmadius-sani 1438

BİZİMLƏ ƏLAQƏ:

info@hedef14.org

+994775670712

HAVA 9°C

Dünya
Qətlə yetirilən rus səfirinin adı Ankara Çağdaş Sənət Mərkəzinin sərgi zalına verilib

10.01.2017 | 12:49

Oxunub: 51

Ankara Çağdaş Sənət Mərkəzinin sərgi zalına 2016-cı il dekabrın 19-da burada öldürülən Rusiya səfiri Andrey Karlovun adı verilib. 

Hədəf14.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu mərkəzin yerləşdiyi Ankaranın Çankaya rayon bələdiyyəsinin sədri Alper Taşdələn deyib. “Terrorçuluq bütün bəşəriyyətə qarşı olan bir cinayətdir. Terrorçunun dini və milliyyəti yoxdur, biz onların hamısını qınayırıq. Karlovun xatirəsi həmişə bu zalda yaşıyacaq”.
 
Qeyd edək ki, Ankarada Rusiya səfirliyinin yerləşdiyi küçəyə də Andrey Karlovun adı verilib. Bu təşəbbüslə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada Çağdaş Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən öldürülüb.

Şərh yaz

Digər xəbərlər