"İman cəhətdən möminlərin ən kamili əxlaqda ən üstün olan və ailəsinə xoş davranandır" Həzrəti Muhəmməd (s)

21 2 2017 / 23 Cəmadiul-əvvəl 1438

BİZİMLƏ ƏLAQƏ:

info@hedef14.org

+994775670712

HAVA 4°C

Xəbər
QHT rəhbərinə 13 il həbs cəzası istənildi

12.01.2017 | 12:00

Oxunub: 26

Mənimsəmədə təqsirləndirilən QHT sədri İlqar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında İ.Əliyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə yanvarın 24-də davam edəcək. 

 Qeyd edək ki, Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əliyev İlqar Talışxan oğlu gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən onun baqajına rentgen aparatı vasitəsi ilə baxış keçirilib və monitorda metal əşyaların təsvirləri əks olunduğuna görə təkrar yoxlama aparılıb. Yoxlama zamanı sərnişin Əliyev İlqar Talışxan oğluna məxsus çamadanda olan şəxsi əşyaların arasından əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, elektron, kağız üzərində yazılı və ya şifahi formada bəyan edilməyən, metaldan hazırlanmış 7 ədəd müxtəlif ölçülü və formalı bıçaqlar, 1 ədəd beşguşəli, itibucaqlı ulduz formalı predmet, 1 ədəd kameralı qələm və 1 ədəd kameralı eynək aşkar olunaraq protokol əsasında götürülüb. İ.Əliyev izahatında "Yeni Sabah” Qeyri-Hökumət Təşkilatının sədri olduğunu və həmin əşyaları Tailandın Pattaya şəhərində olarkən mağazadan aldığını bildirib. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən bıçaqlardan 5-i soyuq silah hesab olunur, 1 ədəd eynək və 1 ədəd qələm isə mövcud ola biləcək məlumatları izləmək, dinləmək, köçürmək, pozmaq, əlavə etmək kimi funksiyalara malikdir və onlar gizli yolla informasiya əldə etmək üçün nəzərdə tutulmuş əşyalardır. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə), 192-ci (qanunsuz sahibkarlıq), 228.4-cü (qanunsuz silah saxlama) və 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur. (Lent.az)

Şərh yaz

Digər xəbərlər