"Var-dövlətin sərxoşluğu içkinin sərxoşluğundan betərdir" İmam Əi (ə)

23 5 2017 / 26 Şaban 1438

BİZİMLƏ ƏLAQƏ:

info@hedef14.org

+994775670712

HAVA 21°C

Mədəniyyət
"Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” festivalı keçiriləcək

08.01.2017 | 22:25

Oxunub: 99

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” adlı II Respublika festivalı keçiriləcək. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, festival aprelin 10-dan 17-dək təşkil olunacaq. 

Festivalın dörd nominasiya - “Fortepiano”, “Bəstəkarlıq”, “Solo oxuma”, “Orkestr alətləri” üzrə keçirilməsi nəzərdə tutulur.

Məqsəd böyüməkdə olan nəslin mənəvi simasının formalaşmasında mühüm amil olan milli musiqi gen yaddaşının dirçəldilməsi və aktivləşdirilməsi, milli lad sisteminin Avropa alətlərində (fortepiano, violin, vilonçel və nəfəs və zərb alətləri) ifa edilməsi, respublikanın musiqi məktəbləri və incəsənət məktəblərinin təlim-tərbiyə prosesində milli musiqinin didaktik rolunun gücləndirilməsindən ibarətdir. 

Şərh yaz


 Yenilə


Digər xəbərlər