“Dostlarımın (qardaşlarımın) ən yaxşısı eybimi mənə hədiyyə edən kəsdir.” İmam Sadiq (ə)

20 1 2017 / 21 Rəbiüs-sani 1438

BİZİMLƏ ƏLAQƏ:

info@hedef14.org

+994775670712

HAVA 2°C

Siyasət
Rusiyanın Azərbaycandakı səfirliyi Andrey Karlovun qətli ilə bağlı bəyanat yayıb

20.12.2016 | 13:34

Oxunub: 62

Rusiyanın Azərbaycandakı səfirliyi Ankarada səfir Andrey Karlovun öldürülməsi ilə bağlı bəyanat yayıb.

Hədəf14.az Oxu.az-a istinadən verdiyi məlumata görə, bəyanatda deyilir: "Mürəkkəb bir dövrdə Rusiya-Türkiyə münasibətlərinin normallaşması prosesinə mühüm töhfə verən yüksək ixtisaslı diplomat, peşəkar və mehriban bir insan arxadan açılan atəşlə öldürülüb".

“Azərbaycanda işləyərək biz istənilən an xarici siyasi məsələlərin həllində Ankaradakı həmkarlarımız və şəxsən Rusiyanın Türkiyədəki səfirindən güclü dəstək və lazımi yardım göstərmək istəyini daim hiss etmişik”.

Cinayətin cəzasız qalmayacağına əminliyini vurğulayan Rusiyanın Azərbaycandakı səfirliyinin kollektivi hadisədən sarsıldığını ifadə edib və öldürülən diplomatın yaxınlarına başsağlığı verib. 

Qeyd edək ki, ötən gün axşam Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Rusiyanın bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib.

Hadisəni törədən polis əməkdaşı Mert Altıntaş təhlükəsizlik əməkdaşları tərəfindən öldürülüb.

Şərhlər

Şərh yaz

Digər xəbərlər