"İman cəhətdən möminlərin ən kamili əxlaqda ən üstün olan və ailəsinə xoş davranandır" Həzrəti Muhəmməd (s)

19 2 2017 / 21 Cəmadiul-əvvəl 1438

BİZİMLƏ ƏLAQƏ:

info@hedef14.org

+994775670712

HAVA 7°C

İqtisadiyyat
Siqaret çəkmək qlobal iqtisadiyyata 1 trln. dollara başa gəlir

10.01.2017 | 15:28

Oxunub: 28

 

Siqaret çəkmək dünya iqtisadiyyatına hər il 1 trln. dollara başa gəlir.

"Reuters" agentliyi xəbər verib ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ-ın Milli Onkologiya İnstitutunun birgə tədqiqatının nəticələrində bildirilir.

 

Bu xərclər dünya üzrə tütün məmulatlarına tətbiq olunan aksiz vergisindən (təxminən 269 mlrd. dollar) daha çoxdur.

 

Tədqiqatın nəticələri göstərir ki, 2030-cu ilədək tütün məmulatları ilə əlaqədar ölümlərin sayı hazırkı 6 milyondan 8 milyona yüksələcək.

Bu cür ölümlərin 80%-i orta və aşağı gəlirli ölkələrin payına düşür.

Şərh yaz

Digər xəbərlər