“Cənnətdəki "Sevinc sarayı"na, ancaq uşaqları sevindirənlər girəcək.” Muhəmməd peyğəmbər (s)

30 3 2017 / 30 Cəmadius-sani 1438

BİZİMLƏ ƏLAQƏ:

info@hedef14.org

+994775670712

HAVA 10°C

Dünya
S.Şoyqu: “Pentaqon rəhbəri dövlətlərin adlarını səhv salır”

10.01.2017 | 14:43

Oxunub: 44


“Rusiya Hərbi Kosmik Qüvvələri (HKQ) ölkə başçısının bütün tapşırıqlarını yerinə yetirib”. 

  “RİA Novosti”nin verdiyi məlumata görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib. 

 

“Beynəlxalq koalisiyanın dəstəyinə ehtiyacımız olsa da, onların bizə xeyri dəyməyib. Biz bu dəstəyi görmədik, ona görə də vəziyyət bütün qüvvələrimizi və imkanlarımızı səfərbər etməyə tələb etdi. Nəticədə Suriyaya aviadaşıyıcı qruplaşmasını, HKQ-nin əlavə qüvvələrini, eləcə də hərbi polisi cəlb etməli olduq”, - deyə o vurğulayıb.
 

Pentaqon rəhbərinin “Rusiyanın İŞİD-lə mübarizəyə verdiyi töhfə sıfıra bərabərdir” fikrinə gəldikdə isə S. Şoyqu bildirib ki, amerikalı həmkarı dövlət adlarını səhv salıb, əslində Rusiya əvəzinə ABŞ deyilməliydi.

Rusiya müdafiə naziri həmçinin onu diqqətli olmağa çağırıb. 

 
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov isə bildirib ki, 2015-ci ilin sentyabr ayından etibarən Rusiya aviasiyası Suriyada 19 mindən çox uçuş həyata keçirilib, 12 min kv. km-lik ərazi terrorçulardan azad edilib. 

Şərh yaz

Digər xəbərlər