"İman cəhətdən möminlərin ən kamili əxlaqda ən üstün olan və ailəsinə xoş davranandır" Həzrəti Muhəmməd (s)

26 2 2017 / 28 Cəmadiul-əvvəl 1438

BİZİMLƏ ƏLAQƏ:

info@hedef14.org

+994775670712

HAVA 10°C

Hadisə
Tale Bağırzadə və digərlərinin məhkəmə prosesi başa çatıb (YENİLƏNDİ)

09.01.2017 | 17:26

Oxunub: 2634

Bakı Ağır Cinayətlər məhkəməsində Nardaran hadisələri zamanı həbs olunan ilahiyyatçı Tale Bağırzadə və onunla birgə həbs olunan bir neçə nəfərin məhkəmə prosesi başa çatıb. 

 

Hədəf14.az əməkdaşının verdiyi məlumata görə, səhər saat 11:00 radələrində başlayan proses indilərdə yekunlaşıb.

 

Yekun qərar gözlənilsə də bu baş verməyib.

Növbəti məhkəmə iclası yanvarın 11-i saat 10:00-a təyin edilib. 

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

 

11:26

Hədəf14.az xəbər verir ki, hazırda Bakı Ağır Cinayətlər məhkəməsində Nardaran hadisələri zamanı həbs olunan ilahiyyatçı Tale Bağırzadə və onunla birgə həbs olunan bir neçə nəfərin məhkəmə prosesi keçirilir.

Onlara bu gün hökm oxunacağı gözlənilir.

Məhkəmə önünə yüzlərlə insan, o cümlədən ilahiyyatçılar, ictimai xadimlər, siyasət nümayəndələri toplaşıb. Əli Kərimli, Elçin Manafov da oradadır.  

Eyni zamanda polis qüvvələri də əraziyə cəlb edilib.

 

Qeyd edək ki, bu saatlarda Rusiyada və İngiltərədə yaşayan azərbaycanılılar Azərbaycanın bu ölkələrdəki səfirliklərinin önünə toplaşaraq "Taleh Bağırzadəyə azadlıq" kimi şüarlar səsləndirirlər. 


Xatırladaq ki,  Tale Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur.

Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb.

Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

 

 

 

 

 

Görüntünün olası içeriği: 5 kişi, ayakta duran insanlar, ağaç ve açık hava

 

Görüntünün olası içeriği: 2 kişi, ayakta duran insanlar, yürüyen insanlar, şapka, sakal ve açık hava

Şərh yaz

Digər xəbərlər