"Zarafatda həddi aşanlar məlundurlar" İmam Əli (ə)

23 4 2017 / 25 Rəcəb 1438

BİZİMLƏ ƏLAQƏ:

info@hedef14.org

+994775670712

HAVA 12°C

Elm-təhsil
Təhsil naziri yanvarın 16-da Şirvan şəhər sakinlərini qəbul edəcək

09.01.2017 | 12:18

Oxunub: 102

Təhsil naziri Mikayıl Cabbarov yanvarın 16-da Şirvan şəhərindəki Mədəniyyət Mərkəzində Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edəcək.

Təhsil Nazirliyindən Hədəf14.az-a verilən məlumata görə, qəbulda Sabirabad, Saatlı, İmişli rayonlarında və Şirvan şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 9, 10, 11, 12, 13 yanvar tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçən vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Şərh yaz

Digər xəbərlər