“Dostlarımın (qardaşlarımın) ən yaxşısı eybimi mənə hədiyyə edən kəsdir.” İmam Sadiq (ə)

20 1 2017 / 21 Rəbiüs-sani 1438

BİZİMLƏ ƏLAQƏ:

info@hedef14.org

+994775670712

HAVA 2°C

Dünya
Tramp Meksika ilə sərhəddə divar çəkmək niyyətini təsdiqləyib

12.01.2017 | 10:38

Oxunub: 21

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Meksika ilə sərhəddə divar çəkmək niyyətini təsdiqləyib.

Bunu D.Tramp Nyu-Yorkda keçirdiyi mətbuat konfransında bəyan edib. 

“Mən gözləmək istəmirəm. Bir il və yaxud il yarım. Divarın tikintisinə tezliklə başlanılacaq. Meksikanı ABŞ-dan istifadə etdiyinə görə qınamıram. Meksika xalqını sevirəm, bir çox meksikalı mənim şirkətlərimdə çalışıb, onların hamısı gözəl insanlardır”, deyə D.Tramp bildirib.

Qeyd edək ki, noyabrda D.Tramp üç milyonadək qeyri-qanuni mühacirin ABŞ-dan deportasiya ediləcəyini bəyan etmişdi, mühacirlərin qarşısının alınması üçün isə ABŞ-Meksika sərhədində divar çəkilməsinin zəruriliyini vurğulamışdı. (apa)

Şərhlər

Şərh yaz

Digər xəbərlər