"İman cəhətdən möminlərin ən kamili əxlaqda ən üstün olan və ailəsinə xoş davranandır" Həzrəti Muhəmməd (s)

21 2 2017 / 23 Cəmadiul-əvvəl 1438

BİZİMLƏ ƏLAQƏ:

info@hedef14.org

+994775670712

HAVA 4°C

Həyat
Tualetdə yatan milyoner

19.12.2016 | 15:12

Oxunub: 64

"Qardaşım ölməyim üçün zəhərli əncir verdi..." - Tualetdə yatan milyoner

 
 

 

 
 
Türkiyənin İzmir şəhərində İzmir İş Qadınları Dərnəyi (İZİKAD) toplantı keçirib və həmin toplantıda Londondakı Süfrə restoranlar şəbəkəsinin sahibi Hüseyn Özer qonaq olub. Heseyn özür öz maraqlı, həm də olduqca təsirli həyat hekayəsini toplantı iştirakçılarına danışıb. Sıfrdan başlayaraq zirvəyə yüksələn, Londonda restoranlar şəbəkəsi quran, at minən, qolf oynayan, Ferrarisi olan, lüks bir məkanda yaşayan 63 yaşlı Hüseyn Özerin hekayəsi iştirakçılarda böyük maraq doğurub. Hüseyn Özer Tikatın Rəşadiyə bölgəsində dünyaya gəlməsindən, Erba ayonundan Ankaraya, əsgərlikdən sonra İstanbula, və Londona getməsindən, Londra’ya ulaşmasına, restoranlar şəbəkəsinə sahib olmasına qədər həyatından fraqmentlər danışıb. 
 Hüseyn Özerin həyat hekəyəsini qısa şəkildə təqdim edirik:
 
 
Uşaq ikən Ankarada tualetdə gizləndim 
 
Atasıyla anası ayrıldıqdan sonra arzuolunmaz uşaq olan Hüseyn Özer bir neçə heyvanla birlikdə bir ağaya verilir: “Keçi" güdərkən çoban Cəlal əmidən oxuma yazmağı öyrəndim. Dəyənəklə qara, toza, daşlarla daşa, qayaya yazı yazmağa başladım. Övladlıqdan rədd edən atamı vurmaq üçün istifadə edəcəyəm silahı alacaq pulu qazanmaq üçün anam bilet alaraq Ankaraya göndərdi. 11 yaşım vardı və uşaq olduğum üçün heç kim işə götürmədi. Ulusda çaxmaq daşı, benzin sataraq gündə 75 lira qazanırdım. Sıhhiyədə bir tualetdə yatıb dururdum. O tualet mənim üçün çox gözəl idi, çünki yatacaq yerim oraydı. Mən o tualetə  minnətdaram. Qazandığım pulla gündə kotlet çörək ala bimirdim, ancaq gündə bir dəfə ciyər yeyirdim, bir ciyər satanla razılaşmışdım”. 
 
Related image
 
 

Qardaşım ölməyim üçün zəhərli əncir verib

Ana tərəfindən qalan tarlalara ortaq olmaması üçün qardaşının ona zəhərli əncir verdiyini qeyd edən Hüseyn Özer "Bir gün zəhərli ənciri ağzıma atdım, amma bir şey mane oldu və dərhal tüpürdüm. Bunu uşaqlara danışanda mənim üçün öz boxçalarını açmışdılar və çox dadlı yemək yemişdim. Yəni, zəhər yediyim gün ən xoşbəxt günüm idi" deyib.
 
Sonra İstanbul, daha sonra London 
 
Hüseyn Özer həyatının geri qalanı haqqında bunları danışıb: “İstanbulda gəldim və bir meyxanada klounluk edərək pul qazanmağa başladım. Elə zənn etdim ki, qazandığım pulla ev kirayələyə bilərəm və bir kiraye ev verən qadının yanına getdim. Qadın həmin pula ancaq kömürlük icarəyə götürməyimin mümkün olduğunu dedi. Mən də kömürlüyü icarəyə götürdüm, həyatımın qərarlarını da orada verdim. İngiliscə öyrənməyə də orada başladım. Təqaüdə çıxmış bir polkovnikdən həftədə iki gün dərs almağa başladım. Hərbi xidmətdən sonra tələbələrə qoşulub aldığım bir biletlə Londona gəldim və bir kababçıda iş tapdım. Zirzəmidə yatırdım. Kababçı həftədə bir gün bağlı olurdu və həmin gün oranın tualetində yuyunurdum. 4 il sonra ilk dəfə birisiylə ortaq restoran açdım. Daha sonra əvvəl işlədiyim bir restoranı satın aldım. Bundan sonra isə üzərimə xərac mafyası üzrimə çökməyə çalışdı. Məni qorxuda bilmədiklərini görüb bu dəfə fə işçilərimlə oynamağa başladılar. Uzun müddət çətinlik çəkdim. Məhsuldarlıq ən böyük xoşbəxtlik mənbəyimdir. Oxumağı, dost olmaq, dünyanı, insanları sevirəm".
 
Image result for hüseyn özer
 
 
(Moderator)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Şərh yaz

Digər xəbərlər