"İman cəhətdən möminlərin ən kamili əxlaqda ən üstün olan və ailəsinə xoş davranandır" Həzrəti Muhəmməd (s)

21 2 2017 / 23 Cəmadiul-əvvəl 1438

BİZİMLƏ ƏLAQƏ:

info@hedef14.org

+994775670712

HAVA 4°C

Siyasət
Türkiyənin baş naziri Binəli Yıldırım İraqda rəsmi səfərdədir

07.01.2017 | 12:27

Oxunub: 41

Hədəf14.az Anadolu agentlyinə istinadən xəbər verir ki, onu səfərdə müdafiə naziri Fikri Işık, milli təhsil naziri İsmet Yılmaz,enerji və təbii ehtiyatlar naziri Berat Albayrak, iqtisadiyyat naziri Nihat Zeybekçi, gömrük və ticarət naziri Bülent Tüfenkci müşayiət edirlər.

B.Yıldırım Bağdadda İraq prezidenti Fuad Masum və məclisin sədri Selim Cuburi ilə görüşəcək. Baş nazir İraqın aparıcı partiyaları və İraq türkmənlərinin təmsilçiləri ilə də bir araya gələcək. Onun Ərbilə gedərək, İraqın şimalındakı kürd muxtariyyətinin başçısı Məsud Barzani və yerli hökumətin rəhbəri Neçirvan Barzani ilə görüş keçirəcəyi də gözlənilir.

Görüşlərdə terrorçu PKK-nın İraqın Kandil və Şengal bölgələrindən çıxarılması, bu qruplaşmanın Suriyadakı qolu olan PYD üzvlərinin təcrid edilməsi kimi məsələlərin müzakirəsi də gözlənilir.

Qeyd edək ki, Binəli Yıldırım yanvarın 5-də İraqa səfər etməli idi. Ancaq səfər təxirə salındığından, yanvarın 7-də həyata keçirilib. 

Şərh yaz

Digər xəbərlər