"İman cəhətdən möminlərin ən kamili əxlaqda ən üstün olan və ailəsinə xoş davranandır" Həzrəti Muhəmməd (s)

19 2 2017 / 21 Cəmadiul-əvvəl 1438

BİZİMLƏ ƏLAQƏ:

info@hedef14.org

+994775670712

HAVA 7°C

Ölkə
Vergilər Nazirliyinin Aparat rəhbəri vəzifəsindən azad edilib - Rəsmi

05.01.2017 | 15:00

Oxunub: 43

Vergilər Nazirliyinin Aparat rəhbəri vəzifəsinin müvəqqəti icrası Elçin Namazlıya həvalə olunub.

Hədəf14.az xəbər verir ki, bu barədə qurumun saytında açıqlama verilib.

Bundan öncə adıçəkilən vəzifəni Ağasəməd Əfəndiyev tutub. Vergilər naziri Fazil Məmmədovun əmrinə əsasən A.Əfəndiyev Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsinə təyin olunub.

14:56

Vergilər naziri Fazil Məmmədovun əmri ilə yeni yaradılan Vergilər Nazirliyi yanında Xüsusi Gəlirlər Departamenti, Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamenti və Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlarla İş Departamentinə rəhbərlər təyin olunub.

Hədəf14.az-ın verdiyi məlumata görə, Habil Məmmədov Vergilər Nazirliyi yanında Xüsusi Gəlirlər Departamentinin baş direktoru təyin edilib.

Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsi Ağasəməd Əfəndiyevə həvalə olunub.

Sərxan Məmmədov isə Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin baş direktoru olub.


Şərh yaz

Digər xəbərlər