“Dostlarımın (qardaşlarımın) ən yaxşısı eybimi mənə hədiyyə edən kəsdir.” İmam Sadiq (ə)

20 1 2017 / 21 Rəbiüs-sani 1438

BİZİMLƏ ƏLAQƏ:

info@hedef14.org

+994775670712

HAVA 2°C

Dünya
Yanvarın 10 və 11-də İranın Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq

09.01.2017 | 10:49

Oxunub: 54

 İranın Azərbaycandakı səfirliyində ölkənin sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin dünyasını dəyişməsi ilə əlaqədar olaraq xatirə kitabı açılacaq.

İran səfirliyindən Hədəf14.az-a verilən məlumata görə, xatirə kitabı yanvarın 10 və 11-də saat 10:00-dan 12:00-dək və 15:00-dan 17:00-dək açıq olacaq.

Bundan başqa, İranda üç günlük matəm elan olunması ilə əlaqədar bu ölkənin Bakıdakı səfirliyində dövlət bayrağı endirilib.

Eyni zamanda, mərhum prezident xatirəsinə həsr olunmuş xatirə tədbirlərinin keçirilməsi də planlaşdırılır.

Qeyd edək ki, Ə.Rəfsəncani yanvarın 8-də Tehran xəstəxanalarından birində ürək tutmasından 82 yaşında dünyasını dəyişib. O, 1989-1997-ci illərdə İran prezidenti olub. Sabiq prezident son vaxtlar İranın ali dini lideri Əli Xameneyinin yanında müşavirə orqanına rəhbərlik edib.

Şərhlər

Şərh yaz

Digər xəbərlər