"İman cəhətdən möminlərin ən kamili əxlaqda ən üstün olan və ailəsinə xoş davranandır" Həzrəti Muhəmməd (s)

19 2 2017 / 21 Cəmadiul-əvvəl 1438

BİZİMLƏ ƏLAQƏ:

info@hedef14.org

+994775670712

HAVA 7°C

İslam
Zəkat nədir və onun hökmləri 2-ci hissə

08.01.2017 | 22:09

Oxunub: 128

Hədəf14.az zəkat və onun hökmləri haqqında araşdırma aparıb. Şiə alimi Seyid Əli Hüseyni Sistaninin "İzahlı şəriət hökmləri" kitabından əldə etdiyimiz məlumatları sizə təqdim ediirk. 

 

QIZILIN NİSABI

Məsələ 1860: Qızılın iki nisabı var: 
Birincisi: 20 şəri misqaldır ki, hər misqal 18 noxuddur. Qızıl 20 şəri misqala 15 adi misqala çatarsa, deyilən başqa şərtlərə də sahib olarsa, insan onun qırxda birini ki, 9 noxud edər, zəkat olaraq verməlidir. Əgər bu miqdara çatmazsa, onun zəkatı vacib deyildir.
İkincisi: Dörd şəri misqaldır ki, üç adi misqala bərabərdir. Deməli, əgər 15 (adi) misqala üç (adi) misqal əlavə olunsa, 18 misqalın hamısının zəkatını qırxda birini verməlidirlər. Əgər üç misqaldan az artsa, təkcə 15 misqalın zəkatı verilməlidir. Onun artıq qalan hissəsinin zəkatı yoxdur. Həmçinin, hər nə qədər yuxarı getsə, yəni üç misqal üç misqal artsa, onların hamısının zəkatı verməlidirlər. Əgər üç misqaldan az əlavə olunsa, artan hissənin zəkatı yoxdur.

GÜMÜŞÜN NİSABI

Məsələ 1861: Gümüşün iki nisabı vardır: 
Birincisi: 105 adi misqaldır. Əgər gümüş 105 adi misqala çatsa, qadaqda deyilən sair şərtlər də mövcud olsa, insan onun qırxda birini (2 misqal və 15 noxud) zəkat verməlidir. Əgər bu miqdara çatmasa, zəkatı vacib deyil.
İkincisi: 21 misqaldır, yəni əgər 105 misqalın üzərinə 21 misqal artarsa, gərək deyildiyi kimi tamamilə 126 misqalın zəkatı verilsin və 21 misqaldan az artarsa, fəqət 105 misqalın zəkatını verməlidir, artığı üçün zəkat yoxdur. Həmçinin, nə qədər artarsa, hökm eynidir; yəni, əgər 21 misqal artarsa, hamısının zəkatını verməlidir. Əgər az əlavə edilərsə, 21 misqaldan az olan qismin zəkatı yoxdur. Əgər nisab həddinə çatıb-çatmamasında şəkk edərsə, ehtiyat-vacibə görə axtarış etməlidir.

Məsələ 1862: Nisab miqdarına çatan qızıl və gümüşü olan bir şəxs, onun zəkatını vermiş olsa da, birinci nisabdan azalmayanadək, gərək hər il onun zəkatını versin.

Məsələ 1863: Qızıl və gümüşün zəkatı, ancaq onlara sikkə vurulduğu və onlarla alverin rəvac olduğu təqdirdə, vacib olur. Əgər onların sikkəsi pozulmuş olsa, amma onunla alver rəvacdadırsa zəkatı verilməlidir. Amma əgər rəvacdan düşmüş olsa, sikkəsi qalmış olsa belə, zəkatı yoxdur.

Məsələ 1864: Qadınların bəzək olaraq işlətdikləri sikkəli qızıl və ya gümüş alverdə də işlədilirsə, yəni yenə də qızıl və gümüş pul olduğu qüvvədədirsə, ehtiyata əsasən onun zəkatı vacib olur. Amma əgər daha onunla alver edilmirsə, zəkatı vacib olmaz.

Məsələ 1865: Qızıl və gümüşü olan bir şəxsin, əgər onların heç biri ilk nisab miqdarında olmasa, məsələn; 104 misqal gümüşü və 14 misqal qızılı olarsa, zəkat ona vacib deyil.

Məsələ 1866: Əvvəldə deyildiyi kimi, qızıl və gümüşün zəkatının vacib olması üçün, onların nisab miqdarına çatdıqdan sonra, sahibinin əlində 11 ay qalmalıdır. Əgər on bir ay ərzində qızıl və gümüş ilk nisab miqdarından aşağı düşərsə, zəkat vacib olmaz.

Məsələ 1867: Əgər on bir ay ərzində əlində olan qızıl və ya gümüşü, digər bir şeylə dəyişdirərsə yaxud onları əridərsə, ona zəkat vacib olmaz. Amma əgər, zəkat verməkdən qaçmaq üçün onları başqa bir qızıl ya gümüşlə dəyişdirərsə, yəni qızılı, qızıl və ya gümüşlə, gümüşü, gümüş və ya qızılla dəyişdirərsə, ehtiyat-vacib budur ki, onun zəkatını versin.

Məsələ 1868: Əgər on ikinci ayda qızıl və gümüş pulu əridərsə, gərək onların zəkatını versin. Ərimə vasitəsilə onların qiymət və ya çəkisi azalarsa, gərək əritməzdən əvvəl vacib olan zəkatı versin.

Məsələ 1869: Adi ölçüdən daha çox digər filiz qarışığı olan gümüş və qızıl pulu olsa, ona qızıl pul və ya gümüş pul deyilirsə, nisab miqdarına yetişənədək, onun saf (xalis) miqdarı nisab həddinə yetişməsə də, zəkatı vacib olur. Amma əgər, ona qızıl və gümüş pul deyilmirsə, onun saf (xalis) miqdarı nisab həddinə çatsa belə, zəkatı vacib deyil.

Məsələ 1870: Əlində olduğu qızıl və gümüş pulun adi miqdarda digər filiz qarışığı olursa, əgər onun zəkatını adi miqdardan daha çox başqa filizi olan pul ilə ya qızıl və gümüş puldan qeyri puldan versə eybi yoxdur, amma o pul ona zəkat vacib olan miqdarın qiymətində olmalıdır.

DƏVƏ, İNƏK VƏ QOYUNUN ZƏKATI

Məsələ 1871: Dəvə, inək və qoyunun zəkatının, deyilən şərtlərdən başqa, bir başqa şərti də vardır. O da, bütün il boyu çöl otundan otlamasıdır; buna görə də əgər ilin tamamını və ya bir qismini toplanmış otdan yeyərsə, yaxud sahibinin və ya başqasının mülkü olan əkindən otlarsa, zəkatı yoxdur. Amma əgər ilin bütün günlərində bir gün və ya iki gün sahibinin mülkü olan otdan yeyərsə, ürfün nəzərində «il boyu çöldə otlayıb» deyilsə, ona zəkat vacib olur. Dəvə, inək və qoyunun zəkatının vacib olmasında, onların il boyunca işləməyən bir heyvan olması şərt deyildir. Hətta əgər bu heyvanlardan suvarmada, şumlamada və bu kimi işlərdə işlədərlərsə də, ürfün nəzərində «işsizdirlər» deyilsə, onların zəkatını verməlidir. Hətta əgər «işsizdir» deyilməsə də, gərək ehtiyat-vacibə əsasən gərək onların zəkatı verilsin.

Məsələ 1872: Əgər insan özünün dəvə, inək və qoyunların otlaması üçün bir şəxsin əkmədiyi bir otlağı satın alarsa və ya icarəyə götürərsə, onların zəkatının vacib olması mübahisəlidir. Amma əhvət zəkatı verməkdir. Əgər orada otarmaq üçün vergi verirsə, gərək zəkat versin.

DƏVƏNİN NİSABI

Məsələ 1873: Dəvənin on iki nisabı vardır:
1. 5 dəvə: zəkatı bir qoyundur. Dəvənin sayı bu miqdara yetişməzsə, zəkatı yoxdur.
2. 10 dəvə: zəkatı iki qoyundur.
3. 15 dəvə: zəkatı 3 qoyundur.
4. 20 dəvə: zəkatı 4 qoyundur.
5. 25 dəvə: zəkatı 5 qoyundur.
6. 26 dəvə: zəkatı 2-ci ilinə daxil olmuş 1 dəvədir.
7. 36 dəvə: zəkatı 3-cü ilinə daxil olmuş 1 dəvədir.
8. 46 dəvə: zəkatı 4-cü ilinə daxil olmuş 1 dəvədir.
9. 61 dəvə: zəkatı 5-ci ilinə daxil olmuş 1 dəvədir.
10. 76 dəvə: zəkatı 3-cü ilinə daxil olmuş 2 dəvədir.
11. 91 dəvə: zəkatı 4-cü ilinə daxil olmuş 2 dəvədir.
12. 121 və daha çox dəvə.
Bunların zəkatını ya 40 - 40 hesab edilib, hər 40 dənə üçün 3-cü ilinə daxil olmuş bir dəvə verməlidir ya da 50 - 50 hesab edilib, hər 50 dənə üçün 4-cü ilinə daxil olmuş 1 dəvə versin ya da 40 və 50 hesab etsin. Bəzi yerlərdə 200 dəvəyə sahib olan hal kimi, 40-40, yaxud 50-50 hesab etməkdə ixtiyar sahibidir. Lakin hər iki halda gərək hesabı elə etsin ki, yerdə bir şey qalmasın, əgər qalsa da, 9-dan artıq olmasın. Məsələn; əgər 140 dəvəsi varsa, 100 dəvəsi üçün 4-cü ilinə daxil olmuş 2 dəvə, 40 dəvə üçün də 3-cü ilinə daxil olmuş bir dəvə versin. Zəkat olaraq verilən dəvə dişi olmalıdır. Amma əgər altıncı nisabda iki yaşlı dişi dəvə tapmasa, üç yaşlı erkək dəvə kifayətdir. Əgər bu da olmasa, hər birini almaqda ixtiyar sahibidir.

Məsələ 1874: İki nisab arasında zəkat vacib deyildir. Deməli, əgər dəvələrinin sayı 5 ədəd olan birinci ölçüdən keçsə, 10 ədəd olan 2-ci ölçüyə çatmasa, yalnız 5-nin zəkatını verməlidir. Həmçinin, sonrakı ölçülər də belədir.

İNƏYİN NİSABI

Məsələ 1875: İnəyin iki nisabı var:
1. Otuz inək üçün: İnəyin sayı otuza çatarsa, başqa şərtlərə də malik olarsa, insan, ikinci ilinə daxil olmuş bir ədəd dana zəkat verməlidir. Ehtiyat-vacib budur ki, gərək dana erkək olsun.
2. Qırx inək üçün: Zəkatı üçüncü ilə daxil olmuş dişi danadır. 30 ilə 40 arasında olan inəyin zəkatı vacib deyil. Məsələn: 39 ədəd inəyi olan bir şəxs, yalnız bunların 30-nun zəkatını verməlidir. Həmçinin əgər 40-dan çox inəyi olarsa, 60-a çatmayanadək, yalnız 40-nın zəkatını verməlidir. 60-a yetişdikdən sonra, birinci nisabın iki bərabəri olduğuna görə 2-ci ilə girmiş iki dananı zəkat verməlidir. Hər nə qədər çoxalırsa, ya 30-30 hesab etməli, ya da 40-40 hesab etməli və ya 30-40 olaraq hesab etməli və göstərilmiş qaydaya əsasən, zəkatı verməlidir. Amma gərək elə hesab etsin ki, bir şey artıq qalmasın, ya əgər bir şey artıq qalsa da 9-dan artıq olmasın. Məsələn; 70 inəyi olan bir şəxs, onları 30 və 40 hesabı ilə hesablamalıdır. Çünki, əgər 30 hesabıyla hesablarsa, on ədədin zəkatı verilməmiş olaraq qalar. Bəzi hallarda, 120 inəyi olduğu hal kimi, necə hesablamaqda ixtiyar sahibidir.

 

Ardı var...

Şərh yaz

Digər xəbərlər